Həkimlər uşaqlarda tez-tez rast gəlinən qida allergiyalarına qarşı valideynləri xəbərdar edir. Ən çox allergik reaksiyalara səbəb olan məhsullar sırasında inək südü, yumurta, fındıq, yer fıstığı, buğda, dəniz məhsulları, soya, qarğıdalı, qlüten, pomidor və çiyələk yer alır.
Pravda.az bildirir ki, allergik reaksiyalar yüngül qaşınmadan tutmuş həyati təhlükə yaradan anafilaksiyaya qədər müxtəlif formalarda özünü göstərə bilər. Buna görə də uşaqların qidalanmasında allergenlərə qarşı xüsusi nəzarət vacib hesab olunur.
Mütəxəssislər bildirir ki, simptomların vaxtında aşkarlanması və düzgün müdaxilə ilə ciddi nəticələrin qarşısı alına bilər. Məktəb və digər ictimai mühitlərdə uşaqların təhlükəsizliyi üçün müəllimlər və tərbiyəçilər da məlumatlandırılmalıdır.
Allergiyası olan uşaqlar üçün fərdi qidalanma planları həkim və diyetoloqların nəzarəti ilə hazırlanmalı, alternativ və təhlükəsiz qidalar seçilməlidir.
Əminə Bayramova