AZ

Hindistan və Çin yaxınlaşır

ain.az, Bakupost saytına istinadən bildirir.

ABŞ-nin Çin mallarına rüsumlar tətbiq etməsindən sonra, Çin Xalq Respublikasının sədri Si Cinpin mart ayında Hindistan prezidenti Draupadi Murmuya gizli məktub göndərib.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg Hindistan rəsmisinə istinadla xəbər verir.

Mənbənin sözlərinə görə, məktubun məqsədi Çin və Hindistan arasında münasibətlərin yaxşılaşdırılması üçün zəmin yaratmaq olub. Məktubda o, ABŞ-la olan hər hansı razılaşmaların Çin maraqlarına zərər verə biləcəyi ilə bağlı narahatlığını ifadə edib. Mənbə əlavə edib ki, mesaj Hindistanın faktiki səlahiyyət sahibi olan Baş nazir Modi tərəfindən alınıb.

Məktub göndərildikdən qısa müddət sonra Pekin Çin liderinin Hindistanla münasibətləri tərifləyən bəyanatını yayıb.

Hindistan rəsmisi həmçinin bildirib ki, ölkə hökuməti iyun ayında Çinlə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmağa başlayıb.

“The Times of India” yazır ki, avqust ayında isə Çin və Hindistan sərhəd mübahisələrini həll etmək üzrə səyləri ikiqat artırmaq barədə razılığa gəlib.

Lalə,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
www.bakupost.az

1Mənbələr