Ukrayna Silahlı Qüvvələri Azov dənizində Rusiyanın “Buyan-M” gəmisini vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna hərbçiləri “Kalibr” raketləri ilə silahlanmış “Project 21631 Buyan-M” adlı kiçik raket gəmisini zədələyib. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, pilotsuz uçuş aparatının zərbəsi radara ziyan vurub, bundan sonra xüsusi təyinatlılar gəmiyə hücum ediblər. Gəmi zədələnərək döyüş növbətçiliyini tərk edib.