“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi “Liverpul”a transfer ola bilər.
İdmanxeber.az “Topskills Sports”a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “qırmızılar” 2030-cu ilə qədər müqavilə barədə razılıq əldə edib. İndi isə “Liverpul”un London klubuna yeni təklif göndərməsi gözlənilir.
Quehi bu mövsüm artıq 4 oyunda meydana çıxıb.