AZ

Donald Tramp Sorosu reketçilik və korrupsiyada ittiham etməyə çağırıb  

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, milyarder Corc Soros ölkədəki "zorakı etirazları" dəstəklədiyi üçün  reketçilik və korrupsiyada ittiham edilməlidir. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Trampın dediyinə görə, Soros və ailənin xeyriyyə fonduna rəhbərlik edən onun “ifrat solçu” oğlu Aleksə qarşı adətən mütəşəkkil cinayətkarlıqla mübarizə üçün istifadə edilən “Reketliyin Təsirində Olan və Korrupsiyaya uğramış Təşkilatlar” (RICO) federal qanunu ilə ittiham irəli sürülməlidir.

“Biz daha bu dəlilərin Amerikanı parçalamasına imkan verməyəcəyik, ona nəfəs almaq və azad olmaq şansı verməyəcəyik”, – prezident özünün “Truth Social” sosial şəbəkəsində yazıb. "Soros və onun psixopatlar qrupu ölkəmizə böyük ziyan vurdular! O cümlədən ABŞ-nin qərb sahilindəki dəli dostları. Diqqət edin, biz sizi izləyirik!"

Xatırladaq ki, avqustun əvvəlində yerli media Corc Sorosun adından qrantlar paylayan Açıq Cəmiyyət Vəqflərinin (OSF) xüsusilə Tramp administrasiyasının Vaşinqtona qoşun yeritməsinə qarşı etirazları maliyyələşdirdiyi barədə məlumat vermişdi.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr