Sabirabadda minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.
News24.az xəbər verir ki, rayonunun Güdəcühür kəndi ərazisində Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub.
Hadisə zamanı sürücü Rahim Əliyev ölüb. Xəsarət alan şəxslər isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.