AZ

Aqrar sahədə fəaliyyətdə olan şirkət yenidən zərər edib

Aqrar sahədə fəaliyyətdə olan “Dəliməmmədli-Kəndkimya” ASC-nin 2024-cü ildə əsas əməliyyat gəlirləri 124,8 min manat təşkil edib ki, bu da ötən ilin 335,3 min manatı ilə müqayisədə 62,8% azdır.

Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Satışın maya dəyəri 165,8 min manat olub və bu göstərici 2023-cü ildəki 363,2 min manatdan 54,3% aşağıdır. Bununla belə, ümumi mənfəət mənfi 40,9 min manat səviyyəsində qeydə alınıb, halbuki 2023-cü ildə bu rəqəm 27,9 min manat zərər idi. Yəni, əməliyyat zərəri 43,2% artıb. Nəticədə 2024-cü ildə xalis zərər 42,9 min manat olub, ötən il isə 29,9 min manat idi.

Balans göstəricilərinə görə, 2024-cü ildə ümumi aktivlər 446,6 min manata çatıb və 2023-cü illə (1 milyon 854,4 min manat) müqayisədə 75,9% azalma göstərib. Uzunmüddətli aktivlər dəyişməyib və 145,5 min manat səviyyəsində qalıb. Qısamüddətli aktivlər isə 301,2 min manata düşüb ki, bu da əvvəlki ilin 1 milyon 709,4 min manatından 82,4% azdır.

 

Seçilən
77
banker.az

1Mənbələr