AZ

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun iştirakı ilə həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, o cümlədən, Mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyi qeyd olunub.

Ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərin diqqətinə çatdırılıb.

Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.

Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.

Seçilən
28
25
azerbaijan-news.az

10Mənbələr