Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyada keçirilən Novi Sad Qran-prisində qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən aldığımız məlumata görə, o, 10 metr məsafədən (P1) atəş açmada uğurlu olub.
Azərbaycan təmsilçisi 236.9 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.