AZ

"Neftçi" "Turan Tovuz"la oyunun biletlərini satışa çıxardı

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində avqustun 29-da, saat 20:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “//bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Seçilən
1
fanat.az

1Mənbələr