ABŞ Dövlət Departamenti 103.9 milyon dollar dəyərindəki AIM-9X “Sidewinder” Block II raketlərinin NATO-nun Dəstək və Satınalma Agentliyinə (NSPA) satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 96 ədəd “hava-hava” tipli AIM-9X “Sidewinder” Block II raketinin (8 Belçika, 24 İtaliya, 64 Rumıniya üçün) və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.