AZ

Bərdənin mərkəzi parkında antisanitariya: Üfunət iyi gəlir (FOTO/VİDEO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bərdə şəhərinin mərkəzi parkında antisanitariya hökm sürür. 

Bu barədə Qaynarinfo-ya rayondan daxil olan məlumatda bildirilir. 

Həmin parkın ərazisində olan gölə müxtəlif tullantıların atılması parkın baxımsız vəziyyətdə saxlanılması sakinlərin orada istirahətini müşkülə çevirib. 

"Suya o qədər tullantı atılıb ki, üfunət iyi gəlir. Parkda oturmaq sadəcə mümkün deyil", deyə məlumatda bildirilir.  

Maraqlıdır ki, park şəhərin mərkəzində, icra hakimiyyətinin binasına yaxın ərazidə yerləşir. Lakin buna baxmayaraq, heç bir tədbir görülmür. 

Həmin parkdan çəkilmiş foto və video görüntüləri təqdim edirik.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
qaynarinfo.az

2Mənbələr