AZ

ÇL finalı daha tez başlayacaq

UEFA 2025/26 mövsümündən etibarən Çempionlar Liqasının final oyunlarının başlama vaxtını dəyişib.

İdmanxeber.az xəbər verir ki, həlledici görüşlər Mərkəzi Avropa vaxtı ilə 18:00-da, Bakı vaxtı ilə isə 20:00-da start götürəcək.

Qərar azarkeşlər, komandalar və ev sahibi şəhərlər üçün oyun gününü daha əlverişli etmək məqsədi ilə verilib.

Xatırladaq ki, 2026-cı il ÇL finalı mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

 

Seçilən
1
1
idmanxeber.az

2Mənbələr