Marja.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlayacaq.
Bunu Mərkəzin direktoru Rəşad Hüseynov "Aqroparkların inkişafında yeni mərhələ" mövzusunda keçirilən tədbirdə "Aqroparklarla işin təşkili sahəsində yanaşmalar" mövzusunda təqdimatda bildirib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Mərkəzin aqroparkların fəaliyyətinin təşkilində idarəedici orqan kimi müəyyən olunduğunu xatırladan ATM direktoru qarşıya qoyulan vəzifələr, tapşırıqların icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanaraq həyata keçirilməsi, rezidentlərin qeydiyyata alınması və onlara müvafiq şəhadətnamələrin verilməsi qaydaları barədə iştirakçıları məlumatlandırıb. R.Hüseynov Mərkəzin aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyasının hazırlaması ilə bağlı ATM və aqroparklar arasında sıx əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyevin imzaladığı 14 aprel 2025-ci iltarixli fərmana əsasən, aqroparkların yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə verilib.
© "Report"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.