AZ

Rusiyanın Kiyevə atdığı raket səfirliyimizin yaxınlığına düşdü – VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 27-dən 28-nə keçən gecə Rusiya ordusu Kiyevə raket və PUA-larla zərbələr endirib.

Bizim.Media Ukrayna teleqram kanallarına istinadla xəbər verir ki, Rusiyanın raket zərbələrindən biri Azərbaycanın Kiyevdəki səfirliyinə yaxın əraziyə düşüb.

Məlumata görə, raket səfirlik binasından təxminən 100 metr aralıda partlayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Ukraynada SOCAR-a məxsus yanacaq bazalarına da hücumlar edib.
Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr