AZ

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, danışıq zamanı Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, Ukrayna ilə Rusiya arasındakı sülh prosesi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini qeyd edərək, müharibənin qalıcı sülhlə nəticələnməsi üçün Türkiyənin səylərini davam etdirdiyini, sülhün təmin olunmasından sonra ölkəsinin Ukraynanın təhlükəsizliyinə dəstəyini davam etdirəcəyini bildirib.

Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıran Türkiyə Prezidenti qeyd edib ki, Ukrayna-Rusiya müharibəsində ədalətli bir həll mümkündür, tərəflər arasında danışıqları gücləndirərək davam etdirmək zəruridir, Türkiyə isə sülhün yolunu açacaq yüksəksəviyyəli təmasların həyata keçməsi üçün əlindən gələni etməyə hazırdır.

Xatırladaq ki, Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyədə səfərdədir.

O, səfər çərçivəsində Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Güler və xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Seçilən
4
3
ikisahil.az

4Mənbələr