ain.az, Axar.az saytına istinadən bildirir.
Amerika Federal Aviasiya Administrasiyasının keçmiş podratçısı, İran əsilli 43 yaşlı Abuzər Rəhməti İranın təhlükəsizlik və kəşfiyyat qurumları ilə əməkdaşlıq etdiyinə görə 1 il həbs cəzasına məhkum edilib.
Axar.az xəbər verir ki, bu haqda ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həqiqi həbs cəzası ilə yanaşı, Rəhməti nəzarət altında 3 il şərti həbs cəzasına da məhkum edilib.
ABŞ Ədliyyə Nazirliyinin bundan əvvəl yaydığı məlumatda bildirilib ki, Əbuzər Rəhməti İran kəşfiyyat orqanlarına əhəmiyyətli məlumatlar ötürmək üçün saxta məlumatlarla podratçı qismində ABŞ-da işə götürülməyə nail olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.