Ötən mövsüm “Sumqayıt”ın heyətində çıxış etmiş basketbolçu Ceyvon Deniels 3 ay müddətinə diskvalifikasiya olunub.
AMADA-dan Faktor.az-a verilən məlumata görə, oyunçunun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu ortaya çıxıb.
Oyunçunun cəzasının müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər olacaq.