AZ

Çempionlar Liqasının final oyununun başlama saatı dəyişdirildi

UEFA Çempionlar Liqasının final matçının başlama saatında dəyişiklik edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

Yeni qərara əsasən, 2025/2026 mövsümündən etibarən turnirin final qarşılaşması Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da, Bakı vaxtı ilə isə saat 20:00-da start götürəcək.

Aleksander Çeferin qeyd edib ki, bu dəyişiklik azarkeşlər, komandalar və ev sahibi şəhərlər üçün oyun gününün ümumi təəssüratını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, yeni saat həm logistik, həm də əməliyyat baxımından daha əlverişli hesab olunur. Eyni zamanda, bu qərar ailələrin mövsümün ən mühüm klub qarşılaşmasını daha rahat izləməsinə şərait yaradacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2026-cı il final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Seçilən
1
90deqiqe.az

1Mənbələr