AZ

Sabirabad sakini anasını güllələyib, özünü öldürdü

Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

Həmin kəndin 1970-ci il təvəllüdlü sakini İsayev Malik Xanlar oğlu 1938-ci il təvəlüdlü anası, Nizami kənd sakini Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.

S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
15
ucnoqta.az

10Mənbələr