Qohumlar arasında bağlanan nikahların qarşısını almaq üçün qəbul edilən qadağa artıq bir müddətdir qüvvədədir.
Qohum nikahlarının qadağan olunması, gələcək uşaqların sağlam doğulması və genetik xəstəliklərin azalması üçün nəzərdə tutulub. Bu qərarın ailə qurmaq istəyənlərə necə təsir etdiyi isə maraq doğurur.
Bəs qohum nikahlarının qadağan edilməsindən sonra ölkə üzrə qeydə alınan nikahların sayı neçə olub?
Mövzu ilə bağlı Ədliyyə Nazirliyindənə “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, bugünədək 6026 nikah rəsmiləşdirilib:
“Qohum nikahlarının qadağan edilməsindən sonra ölkə üzrə bugünədək 6026 nikah qeydə alınıb”.