AZ

Kreml sərhəd tanımır, gözünü qırpmadan qətlə yetirir - Leyen

Kiyevə edilən hücuma və bizim AB nümayəndəliyinin də hədəfə alınmasına böyük qəzəb hissi yaşayıram. Bu, iyul ayından bu günə qədər Kiyevə edilən ən ölümcül hücum idi.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“Bu hücum həm də nümayəndə heyətimizə qarşı yönəlib və raket 20 saniyə ara ilə heyətin 50 metrliyinə düşdü. Kreml Ukraynanı qorxutmaq üçün heç bir sərhəd tanımadığını, dinc sakinləri gözünü qırpmadan qətlə yetirdiyini və hətta Avropa Birliyini də hədəf aldığını göstərir”, - Leyen bildirib.

Xatırladaq ki, Rusiya ordusu bu gün gecə saatlarında Kiyevə raket və PUA zərbələri endirib. Nəticədə 17 nəfər həyatını itirib.

Seçilən
0
1
axar.az

2Mənbələr