Avqustun 28-də Kopenhagen şəhərində Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.
Görüşün əsas mövzusu Rusiyaya qarşı təzyiqin artırılması və Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunması olacaq. Bu barədə Politico məlumat yayıb.
Editor.az xəbər verir ki, nəşrin məlumatına görə, Aİ rəsmiləri Ukraynaya neytral üçüncü ölkədən sülhməramlı qüvvələrin göndərilməsi imkanını nəzərdən keçirirlər.
Avropa diplomatik dairələrindən anonim mənbə bildirib ki, görüşün məqsədi Moskvaya müharibəni davam etdirməyin mənasız olduğunu göstərməkdir. Bu, həm yeni sanksiyalar paketi, həm də Ukraynaya əlavə dəstək vasitəsilə həyata keçiriləcək.
//Samir Qurbanov, Editor.az
Qeyd olunur ki, ABŞ da Kiyevə hava müşahidəsi və kəşfiyyat dəstəyi göstərməyə, eləcə də Aİ-nin Rusiyaya qarşı hazırladığı növbəti sanksiyalar paketini dəstəkləməyə hazırdır.