AZ

“Qarabağ” bundan sonra yeni oyunçular alacaqmı?

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la görüşündən sonra jurnalistlərə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun rəsmisi əldə edilən uğurla bağlı danışıb.

- "Ferentsvaroş"a qarşı çox gözəl iki oyun izlədik. Ümumi nəticədə qalib gələn tərəf olduq və Çempionlar Liqasına ikinci dəfə oynamaq haqqı qazandıq. Bunu qazanmağımız hamımızı çox sevindirir.

- Tahir Gözəlin burada olmaması nə ilə əlaqədardır?

- Tahir bəy, elə bilin ki, burada idi. Hər dəqiqə telefonla danışırdıq. Çox vacib işgüzar görüşü var idi deyə, xaricə yollanmışdı. Daim danışırdıq.

- Azarkeşlik etdiyiniz klub var ki, Çempionlar Liqasının püşkatmasında onlarla düşməyinizi istəyərdin?

- "Qarabağ"dır, biz də oradayıq.

- Əsas komanda ÇL-ə düşdüyü üçün U-19 komandanız da UEFA Gənclər Liqasında iştirak edəcək. Bununla bağlı hazırlıqlar var?

- Bizim hazırlıq planımız hazırdır. Bu oyunun nəticəsini gözləyirik.

- Çempionlar Liqasının əsas mərhələsində Bakı Olimpiya Stadionunda oynyacaqsız, yoxsa Tofiq Bəhramov stadionunda?

- Hələ ki, bəlli deyil. Amma çox güman ki, Çempionlar Liqasının oyunlarını Tofiq Bəhrəmov stadionunda keçirəcəyik.

- Komandanın heyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir?

- O həmişə var. İndi də bu iş üzrə hazırlıqlar gedir. Futbolçu axtarışları davam edir.

Seçilən
2
sportinfo.az

1Mənbələr