ain.az, Azertag portalına istinadən məlumat yayır.
Naxçıvan, 28 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Treninq və Simulyasiya Mərkəzində Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları üçün nəzərdə tutulmuş təlimlərin ilkin mərhələsi uğurla başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim çərçivəsində ilkin tibbi yardımın göstərilməsi ilə bağlı əsas qaydalar izah olunub, praktiki məşğələlər aparılıb və iştirakçılar müxtəlif situasiyalar üzərində biliklərini tətbiq ediblər.
Qeyd olunub ki, əhaliyə vaxtında və düzgün tibbi yardım göstərilməsi üçün bu biliklərin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Təcili Tibbi Yardım Xidməti müasir avadanlıqlarla təchiz olunub. Təlimdə həmin avadanlıqlar təqdim edilərək onların istifadə qaydaları barədə iştirakçılara geniş məlumat verilib.
Təlim proqramının davamlı şəkildə təşkili tibbi personalın peşəkarlığının artırılmasına, həmçinin əhaliyə göstərilən təcili tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.