AZ

Qaxda zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürülüb - Rəsmi

Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürülüb. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib. 

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlanıb.  Qax Rayon İcra Hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayanın yaşadığı ailəyə baxış keçirilmiş, uşağın ümumi vəziyyəti qiymətləndirib.   Hazırda uşağın vəziyyəti qənaətbəxşdir, hər hansı təxirəsalınmaz müdaxiləyə ehtiyac yoxdur və o nəzarətə götürülüb", - açıqlamada deyilir. 

Bir gün öncə yerli mətbuatda 13 yaşlı qızın kütləvi olaraq zorakılığa məruz qalması ilə bağlı xəbərlər yayılıb.  “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, zərərçəkmiş uşaq baş verənləri valideynlərinə özü danışıb.

Ağazadə əlavə edib ki, təcavüz faktı təsdiqlənib və artıq bir neçə nəfər saxlanılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi dərhal şərh verməyib. 

Gülnar Nazimqızı 

Seçilən
25
12
anews.az

10Mənbələr