AZ

Aqroparkların fəaliyyəti daha yaxşı formada təşkil ediləcək Nazir müavini

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda aqroparkların fəaliyyəti daha yaxşı formada təşkil ediləcək və bu, aqrar sahənin dayanıqlı inkişafını dəstəkləyəcək.

Kənd Təsərrüfatı Nazirliyindən 525.az-a verilən məlumata görə, bunu nazir müavini İlhamə Qədimova "Aqroparkların inkişafında yeni mərhələ" mövzusunda keçirilmiş tədbirdə deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 14 aprel 2025-ci il tarixli fərmana əsasən, aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti nazirliyə verilib.

Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən birinin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının müasirləşdirilməsi məqsədlərinə uyğun olaraq aqroparkların yaradılması və istehsalın doğru istiqamətdə təşviqi olduğunu deyən nazir müavini kənd təsərrüfatı istehsalının dayanıqlı inkişafının, resurslardan səmərəli istifadənin dövlət dəstəyindədə əsas prioritet təşkil edəcəyini qeyd edib.

İ.Qədimova əlavə edib ki, keçirilən müzakirələr aqroparkların fəaliyyətini daha səmərəli qaydada qurmağa, məhsul istehsalını artırmağa, aqrar emal sənayesini genişləndirməyə dair təkliflər formalaşdırmağa imkan verəcək.

Keçirilmiş tədbirdə əsas məqsəd aqroparkların fəaliyyətinin daha da təkmilləşdirilməsində qarşıya çıxan çətinlikləri müzakirə etmək və onların həlli yollarını araşdırmaq, hədəflər və innovativ inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparmaq olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
525.az

1Mənbələr