Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiyanın Kiyevə, o cümlədən AB-nin diplomatik binasına hücumları nəticəsiz qalmalı deyil.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
“Rusiyanın Kiyevə necə hücum edib bombaladığının, dinc əhalini, uşaqları necə öldürdüyünün və nəhayət, Avropa Birliyinin nümayəndə heyətinə də hücum etdiyinin şahidi olduq. Bu, nəticəsiz qala bilməz”, - XİN başçısı bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhə yönəlmiş səylərinə hörmət göstərmədiyini qeyd edib:
“ABŞ-ın əlavə sanksiyaları ciddi şəkildə nəzərdən keçirəcəyinə inanıram”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.