Yeni Zelandiya polisi ölkə tarixində rekord miqdarda 8.2 milyon dollar dəyərində maye ekstazi ələ keçirib. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb. Kriminal polis müfəttişi Darrin Tomson qeyd edib ki, bu miqdar ölkə üçün rekorddur. Ümumilikdə "maye ekstazi" kimi tanınan 1950 kq qamma-butirolakton müsadirə edilib. "Hermes" adı verilən əməliyyat altı ay davam edib, gömrük və digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Əməliyyat zamanı ekstazidən əlavə ümumi çəkisi 10 kq-dan çox olan, dəyəri 2.2 milyon dollar olan bir neçə metamfetamin partiyası ələ keçirilib. 38-75 yaşlarında olan dörd kişi saxlanılaraq Vellinqtonda məhkəmə qarşısına çıxarılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta