AZ

Antalyada qədim tarixi küçə üzə çıxarıldı

Türkiyənin Antalya bölgəsindəki Silyon antik şəhərində aparılan qazıntılar nəticəsində qədim dövrlərin izlərini daşıyan 1 kilometr uzunluğunda tarixi küçə üzə çıxarılıb.

Kulis.az xəbər verir ki, “Gələcəyə miras” layihəsi çərçivəsində həyata keçirilən qazıntılarda küçənin kənarında 220-dən çox səlcuqlu məzarı da aşkarlanıb.

Qeyd edək ki, qazıntı rəhbəri, dosent Murat Taşqıran küçənin “tarixin qovşağı” olduğunu, üzərində məscid, çeşmə, mağaza kimi müxtəlif dövrlərə aid izlər saxladığını bildirib.

Seçilən
0
1
kulis.az

3Mənbələr