AZ

Macarıstan Ukraynaya görə AB-ni məhkəməyə verdi

Macarıstan hökuməti dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım ayrılması ilə bağlı AB-nin qərarına qarşı məhkəməyə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Məlumata görə, Macarıstan hökuməti şikayəti Avropa Sülh Fondu (EPF) üzrə təqdim edib. İş əvvəlcə Ədalət Məhkəməsinə verilsə də, daha sonra Ümumi Məhkəməyə ötürülüb.

"Üzv dövlətlər arasında bərabərlik prinsipi və Avropa Birliyinin demokratik fəaliyyət prinsipi pozulub. Üzv dövlət əsassız şəkildə və hüquqi əsas olmadan səsvermə hüququndan məhrum edilib", - iddiada bildirilib.

Qeyd edək ki, AB Şurasının ötən il Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən gələn faiz gəlirlərinin 99.7%-nin Ukraynaya yönəldilməsi barədə qərar qəbul etmişdi. Bu vəsait hərbi yardım məqsədi ilə Avropa Sülh Fondu vasitəsilə göndərilir. Ukrayna bu proqram çərçivəsində illik 3–5 milyard avro alır.

Seçilən
6
1
axar.az

2Mənbələr