AZ

XİN: Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində binanın bir neçə pəncərəsi sınıb, konsulluq bölməsinin damında çatlar yaranıb.

Qeyd edək ki, ️Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb.

Seçilən
3
operativmedia.az

1Mənbələr