AZ

Kremlin Ermənistan planı: Paşinyanın qarşısına...

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 28-də keçirdiyi mətbuat konfransında bir sıra mühüm açıqlamalar verib.

Paşinyan eks-prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı hədələyib.

“Keçmiş prezidentlərin hələ də siyasi həyatımızda olmasına görə məni tez-tez ittiham edirlər”. 

Paşinyan Ermənistanda Robert Köçəryanın nə isə deməyə cürətinin çatmadığını bildirib.“İnanıram ki, qarşıdakı seçkilərdə xalqımızın həm Serj Sarkisyanın, həm də Robert Köçəryanın siyasi dillərini birdəfəlik kəsib kökündən qoparmaq imkanı olacaq”, - o qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyan bu il martın 27-də Milli Məclisdə çıxışı zamanı Robert Köçəryanı, Serj Sarkisyanı və Levon Ter-Petrosyanı debatlardan yayınmaqda ittiham edərək ölümlə hədələmişdi:

“Müzakirə edəcəyiniz bir şey yoxdursa, oturun və yerinizdən tərpənməyin. Mən sizinlə müzakirə etməyəcəyəm, sizi divara yapışdıracağam. Oradan da siyasi meyitlərinizin qalıqlarını aparacaqlar. Hər üçünüzə aiddir. Əsəblərimizlə oynamağa son qoyun. Mən sizi tapdalayacağam, heç bir müzakirə olmayacaq”, - Paşinyan bildirib.

İndi Paşinyanın yenidən Köçəryanı və Sarkisyana qarşı sərt ifadələr işlətməsi ilk növbədə, 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hesablanıb.

Belə ki, seçkilərdə Paşinyanın əsas hədəfləri Köçəryan və Sarkisyan olacaq. Kilsənin siyasi proseslərə təsir imkanlarını xeyli zəiflədən Paşinyan rusiyalı milyarder Samvel Karapetyanın həbsindən sonra görünür, Köçəryana və Sarkisyana qarşı təzyiqləri gücləndirmək taktikasını seçib.

Baş nazirin məqsədi revanşizst və Rusiyaya bağlı müxalifəti parlamentdən uzaqlaşdırmaq, onları bitərəf və ya Qərbə loyal mövqeli siyasi qüvvələrlə əvəz etməkdir. Lakin hazırda Ermənistanda Qərbyönümlü güclü müxalifətin olduğunu söyləmək mümkün deyil.

Buna baxmayaraq, seçkilərə “Sülh” şüarı ilə gedən Paşinyan qarşısındakı ən böyük maneənin Rusiyadan dəstək alan eks-prezidentlərə bağlı radikal müxalifətin olduğunu yaxşı bilir.

Yəni Rusiya Ermənistanda və bölgədə sülh prosesini pozmaq üçün revanşist qüvvələrə ümid edir. Ona görə də Paşinyan Köçəryanın və Sarkisyanın Rusiyanın siyasi təlimatları ilə hərəkət etdiyinə eyham vuraraq sərt xəbərdarlıq edib.

Eks-prezidentlərin “siyasi dillərini kəsmək” hədəsinin arxasında da məhz Rusiyanın bu dayanır. Son zamanlar Tramp adminstrasiyası ilə yaxınlaşan Nikol Paşinyan görünür, ABŞ-nin regiondakı maraqlarını təmin etməsinə güvənərək Rusiyanın Ermənistana uzanan siyasi “dilini” kəsəcəyinə işarə edir. 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr