AZ

Narahat insanlara bir neçə məhsuldan imtina etmək məsləhət görüldü

Diyetoloq Antonio Viqolo bildirib ki, narahatlığı artan insanlar bəzi məhsullardan imtina etməlidirlər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, fast food, kartof qızartması və burgerlər psixi sağlamlığa mənfi təsir göstərir.

Diyetoloq Ryann Markes də əlavə edib ki, sağlam olmayan yağlar və şəkərlə zəngin qidalar bağırsaq problemlərinə səbəb olur və əhval-ruhiyyəni tənzimləyən hormonların istehsalını azaldır.

Mütəxəssislər narahat insanlar üçün kofeinli içkilər və şokoladdan da uzaq durmağı məsləhət görürlər. Çünki bu məhsullar əsəbiliyi və gərginliyi artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr