Qətər və Misirin vasitəçilik səyləri davam edir. Amma İsrail tərəfinin cavabsızlığı və öz mövqeyində israr etməsi təəssüf doğurur.
Axar.az xəbər verir ki, bu sözləri Misirin xarici işlər naziri Bədr Əbdüləti Qəzza zolağında atəşkəsə dair səylərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Misir və tərəfdaşları İsrailə təzyiq göstərmək üçün regional və beynəlxalq tərəflərlə əlaqəni davam etdirir.