AZ

Müşfiqabadda “Chevrolet” “Mercedes”ə çırpılıb ayrıcı zolağa çıxdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan 99-UZ-183 dövlət nömrəli “Chevrolet” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Belə ki, avtomobilə çırpılan “Chevrolet” ardınca ayırıcı zolağa çıxıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
avtosfer.az

1Mənbələr