AZ

Rusiyanın Kiyevə hücumu zamanı səfirliyə də ziyan dəyib - XİN

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirlik binasına da ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
 

“28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.


Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - XİN rəsmisi qeyd edib.

Bizim.Media

Seçilən
0
13
bizim.media

10Mənbələr