AZ

“Meydan TV” işi üzrə yekun ittihamlar ELAN EDİLDİ

“Meydan TV” işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqın sonunda təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 8 maddəsi ilə yekun ittiham elan olunub.

Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində jurnalistlər Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre və Ülviyyə Əli həbs olunub.

Bizim.Media

Seçilən
0
8
bizim.media

10Mənbələr