AZ

Abşeronda 54 yaşlı kişi öldürüldü

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxsin barəsində cinayət işi açılıb.

Bu barədə Axar.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Seçilən
3
1
axar.az

5Mənbələr