AZ

Yol nişanları budaqların, kol kosun arasında itib; sürücülər cərimələnir VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın yasamal rayonu ərazisində yol nişanları ilə bağlı problemlər artıq uzun ümddətdir yaşanır. 

Avtosfer.az xəbər verir ki,  Murtuza Muxtarov və Fuad İbrahimov küçələrinin kəsişməsində yerləşən yol nişanlarının görünməz vəziyyətdə qalması sürücülər və piyadalar üçün təhlükə yaradır.

Belə ki, 31 nömrəli orta məktəbin yaxınlığında quraşdırılmış piyada keçidi ilə bağlı nişan ağacların budaqları arasında itib. Ərazidə uzun müddətdir budama işlərinin aparılmaması səbəbindən nişanın görünməsi çətinləşib. Bu isə yaxın günlərdə açılacaq məktəbə gediş-gəliş edən şagirdlərin təhlükəsizliyini sual altına qoyur.

Eyni vəziyyət Fuad İbrahimov küçəsində də müşahidə olunur. Burada yerləşən məlumatverici yol nişanı da yarpaqların arasında qaldığından sürücülərin diqqətini cəlb etmir.

Məsələ ilə bağlı sakinlər aidiyyəti qurumların təcili olaraq ağacların budanmasını və nişanların yenidən aydın şəkildə görünməsini təmin etməsini tələb edirlər.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
avtosfer.az

1Mənbələr