AZ

39 yaşlı müdafiəçi A Seriyası klubu ilə anlaşdı

"Vilyarreal"dan ayrılan Raul Albiol İtaliyaya qayıdacaq.

Sportal.az xəbər verir ki, "Piza" azad agent statusunda olan ispaniyalı müdafiəçini heyətinə qatacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

A Seriyasına yüksələn klub Albiolla razılıq əldə edib. 39 yaşlı futbolçu yaxın günlərdə "Piza" ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Vilyarreal" Raul Albiolu 2019-cu ilin yayında "Napoli"dən transfer etmişdi. İspaniya millisinin sabiq üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
101
sportal.az

1Mənbələr