Ağdamda azyaşlı övladlarına işgəncə verən valideynlər xəstə olduqları üçün gecələr mütəmadi qışqırırdılar.
Referans bildirir ki, bu barədə “Report”un Qarabağ bürosuna açıqlamasında rayonun Xındırıstan kənd sakini Eldar Həsənov deyib.
Qonşu bildirib ki, azyaşlıların atası Sadiq Rəhimovun qonşularla insidenti olmasa da, o və həyat yoldaşı xəstə olduqları üçün gecələr mütəmadi səs-küy salırdılar:
“Onlar əvvəl Bakıda yaşayırdılar. Sadiqin anası öləndən sonra, yəni dörd-beş il əvvəl rayona gəliblər. Adətən qonşularla davaları olmurdu, amma xəstə olduqları üçün gecələr qışqırırdılar”.
E.Həsənov xatırladır ki, işgəncə verilən azyaşlını bir müddət əvvəl körpələr evinə vermişdilər: “Amma necə oldusa, geri gətirdilər. Bu azmış kimi hələ başqa övlad da dünyaya gətirdilər”.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, azyaşlıların valideynləri saxlanılıb.
Sosial Xidmətlər Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub. Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək müvafiq körpələr evinə yerləşdiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta