Dünən 1-ci Liqa təmsilçisi "Şəfa" Qəbələ toplanışı çərçivəsində çıxdığı 3-cü yoxlama oyununda Küveytin elita komandalarından olan "Əl Yarmouk"u 2:1 hesabı ilə yenib. Bu görüşlə bölgədəki toplanışı başa vuran bakılılar bu gün geri qayıdıblar. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a dedikləri belə oldu:
"Toplanış ərəfəsində sonuncu yoxlama gorüşü idi. Bəlkə də çempionat başlayana qədər başqa yoxlama gorusumuz olmayacaq. Buna gorə də çalışdıq ki, toplanışı həm yaxşı oyun, həm də yaxşı nəticə ilə bitirək. Oyunun əvvəlində fərdi səhvdən qol buraxsaq da, geridönuş edib qələbə qazandıq. Rəqib fiziki cəhətdən hazırlıqlı, mübariz komanda idi. Küveyt təmsilçidi ilə görüş bizim üçün digər fərqli bir matç, yaxşı təcrübə old. Futbolçularım həm yaxşı mübarizə apardılar, həm də inamli göründülər Gözləmədiyimiz epizodda qol buraxsaq da, ruhdan düşmədik, oyuna nəzarət etməyi bacardıq. Çox sayda oyunçu dəyişikliyi etsək də, yenə öz oyun planımızdan çıxmadıq. Yoxlama oyunlarındakı qələbələr komandaya özünəinam verir".
Qeyd edək ki, "Şəfa" Qəbələ toplanışı çərçivəsində daha öncə "Ordu" (1:0) və "Şamaxı" (1:1) ilə ūz-üzə gəlib. Sözügedən kollektiv bölgədəki hazırlığa avqustun 20-də başlamışdı.
Nihat