Finlandiya Hərbi Hava Qüvvələri Komandanlığı öz bölmələrinin bayraqlarından svastikanın çıxarılmasına qərar verib.
Bu barədə Kareliya aviasiya alayının yeni komandiri Tomi Böhmə istinadən Yle televiziya və radio şirkəti məlumat yayıb .
“Svastikanın Hərbi Hava Qüvvələrinin bayraqlarının islahatı çərçivəsində Hərbi Hava Qüvvələri bölmələrinin bayraqlarından çıxarılması planlaşdırılır”, - məqalədə deyilir.
Dəyişikliklərə səbəb kimi xarici təzyiqlər və xarici tərəfdaşlarla, xüsusən də amerikalılarla əməkdaşlıq zamanı yaranan narahat vəziyyətlər göstərilib.