Ukrayna və Türkiyə prezidentlərinin telefon danışığı olub.
Aznews.az xəbər verir ki, Ukrayna Prezidentli Volodimir Zelenski də özünün “X” hesabında bu barədə məlumat yayıb.
Volodimir Zelenski göstərdiyi dəstəyə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirib.
O, “Rusiyanın hücumlarında Azərbaycan səfirliyi və Türkiyəyə məxsus şirkətin hədəf alındığını” bildirib.
Tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması ətrafında fikir mübadiləsi aparıblar.