AZ

Azərbaycan parlamenti: Xaricdən idarə olunan informasiya kampaniyası neytrallaşdırılıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası avqustda Azərbaycan əleyhinə sosial şəbəkələrdə aparılan kampaniyanın qarşısının alındığını bildirib.

Komissiyanın açıqlamasına görə, qonşu dövlətin ərazisindən idarə olunan dezinformasiya "Caspian Xəbər", "Caspian Times", "İşıq Media", "Pro Eminent Guild" və "Next Azerbaijan" kimi yeni yaradılmış səhifələr vasitəsilə yayılıb.

Parlament qurumu qeyd edib ki, aidiyyəti dövlət orqanları ilə birgə görülən tədbirlər nəticəsində kampaniya ifşa olunub və "Meta" şirkətinə edilən müraciətlərdən sonra bu səhifələrin hamısı ləğv edilib.

Komissiya vətəndaşları saxta informasiyalara inanmamağa və şübhəli səhifələrlə rastlaşdıqda Milli Məclisə məlumat verməyə çağırıb

Seçilən
21
anews.az

1Mənbələr