Bakı. Trend:
Bundan sonra Çempionlar Liqasının final oyunları 3 saat daha tezbaşlayacaq.
Trend xəbərverir ki, UEFA 2025/26 mövsümündən etibarən turnirin həlledicimatçlarının Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə20:00-da) başlayacağını açıqlayıb.
"Bu qərar azarkeşlər, komandalar və ev sahibliyi edən şəhərlərüçün oyun gününün ümumi təəssüratını yaxşılaşdırmaq məqsədidaşıyır. Bu, logistika və əməliyyatların optimallaşdırılmasıhesabına həyata keçiriləcək və bir sıra nəzərəçarpacaq üstünlüklərtəmin edəcək. Məqsədimiz bu möhtəşəm hadisədə iştirak etmək istəyənhər kəs üçün oyun gününü həqiqətən də zövqlü etmək və ailələrin,uşaqların mövsümün ən böyük və əhəmiyyətli klub oyununa asanlıqlagəlmələrinə şərait yaratmaqdır.
Başqa şəhərlərdən gəlmiş azarkeşlər üçün bu dəyişiklik ictimainəqliyyata - xüsusilə də oyundan sonra - daha rahat çıxış vəstadiondan təhlükəsiz və rahat şəkildə qayıdış imkanı verəcək.Təşkilatçı şəhərlər üçünsə bu, tədbirin müsbət iqtisadi təsiriniartıracaq, çünki azarkeşlər bayram əhvalını davam etdirəbiləcəklər.
Yeni yayım vaxtı, həmçinin daha əlçatan yayım cədvəlininformalaşmasına töhfə verəcək, bu isə final oyununu bütün dünyadadaha geniş televiziya və rəqəmsal auditoriyaya çatdırmağa köməkedəcək - xüsusilə gənc tamaşaçıların cəlb olunmasına xüsusi diqqətyetirilir", - UEFA-dan bildirilib.
Qeyd edək ki, 2026-cı ildə UEFA Çempionlar Liqasının finalımayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puskas Arena"dakeçiriləcək.