AZ

Maliyyə sanksiyaları ilə üzləşən şirkət milyonluq tenderdə qalib oldu » AzadMedia.az



“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilən elektrik mühərriklərinin satın alınması tenderi başa çatıb.

Azadmedia.az xəbər verir ki, müsabiqənin qalibi “UNIVERSAL PRO” Qapalı Səhmdar Cəmiyyəti olub. Şirkət tender üzrə 1 milyon 185 min 900 manat dəyərində müqavilə imzalayıb.

Qeyd edək ki, “UNIVERSAL PRO” QSC 8 fevral 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Əhmədiyyə Əsədov Sərvan oğludur.

Şirkətin əvvəlki illərdə vergi öhdəliklərinə dair vaxtında hesabat təqdim etməməsi səbəbindən maliyyə sanksiyaları ilə üzləşdiyi də məlum olub.
Vergi öhdəlikləri üzrə - 2017-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə şirkətə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir
Bundan başqa vergi öhdəlikləri üzrə - 2024-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə şirkətə 4 hal üzrə ümumilikdə 160.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir



Seçilən
0
3
azadmedia.az

4Mənbələr