Şəmkir rayonundan olan şəhid övladları “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Macarıstan çempionu “Ferensvaroş”la oyunda dəstəkləmək üçün Bakı şəhərində olublar.
İdmanxeber.az-ın məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində, oyundan öncə şəhid övladları üçün Bakı şəhərində gəzinti təşkil olunub. Günün sonunda isə “Qarabağ” – “Ferensvaroş” matçını izləyiblər.
Avqustun 27-si səhər saatlarında şəhidlərimizin əmanətləri və onların valideynlərini Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən yola salınıb, xatirə fotosu çəkdirilib.
Layihənin əsas məqsədi şəhid övladlarının fərqli mühitdə və birlikdə səmərəli vaxt keçirməsini, uşaqların yaşıdları ilə ünsiyyət və sosiallaşma imkanlarını artırmaqla onların inkişafına dəstək olmaq olub.
Qeyd edək ki, Şəmkirdə şəhid övladlarının
üçün mütəmadi olaraq sosialyönümlü layihələr icra olunur.