Uyğunsuzluq müəyyən edilmiş su müəssisələrinin adları açıqlanıb.
Bu barədə Publika.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, cari ilin iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.
Mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və 1 su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb. Bu sahədə yoxlamalar davam etdirilir.
Uyğunsuzluq müəyyən edilmiş müəssisələr "Pak Su", İceberg", “Şeh Su”, "Saf Su", "Arı", "Duruca", "Venera", "İdeal", “Duru Su", "Aqua Flot", "Suel", "Mono Su", "Butasu A", "Abşirin", "Ayna Su", "Assu", "Abi Həyat" əmtəə nişanlı olublar. Uyğunsuzluq müəyyən edilmiş su aparat isə "Su Az" əmtəə nişanlı olub.
Uyğunsuzluq müəyyən edilmiş müəssisələr və su aparatı aşağıdakılardır:
№ | Məhsulun adı | İstehsalçı | Ünvan |
Su istehsalı müəssisələri | |||
1 | "Pak Su" əmtəə nişanlı su | Fiziki şəxs Aqşin Quliyev Salam oğlu | Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 294B |
2 | "İceberg" əmtəə nişanlı su | Fiziki şəxs Elman Niftəliyev Elşən oğlu | Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsi, ev 245 |
3 | “Şeh Su” əmtəə nişanlı su | "Şeh Group" MMC | Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıbəyli küçəsi, ev 5 |
4 | İçməli su | Fiziki şəxs Azər Dadaşov Balahəsən oğlu | Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllə, 6-cı korpus, 1-ci mərtəbə |
5 | "Saf Su" əmtəə nişanlı su | Fiziki şəxs Pərviz Ağayev Teymur oğlu | Bakı şəhəri, Binəqədi rayonu, 241A |
6 | "Arı" əmtəə nişanlı su | Fiziki şəxs Lalə Kərimova Eldar qızı | Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 2-ci döngə, giriş 418-17 |
7 | "Duruca" əmtəə nişanlı su | "İsaoğulları" MMC | Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə atçılıq, Donuzkökəltmə sovxozu ərazisi |
8 | "Venera" əmtəə nişanlı su | "Asenat” MMC | Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qaibov küçəsi 6 |
9 | İçməli su | Fiziki şəxs Tarifxan Balabəyov Tahir oğlu | Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, A.Göyüşov küçəsi |
10 | "İdeal" əmtəə nişanlı su | Fiziki şəxs Səttər Fərhadov Əli oğlu | Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi, ev 42 |
11 | “Duru Su” əmtəə nişanlı su |